Blue Mall Bakı şəhərinin ən gözəl panoramasına sahib dəniz mənzərəli yeni inşa edilmiş Blue Center kompleksində yerləşir. Nobel Prospekti üzərində ana yolların kəsişməsində yerləşən Blue Center kompleksi Xətai rayonunun əsas yaşayış massivləri Həzi Aslanov, Əhmədli, Ukrayna və Nargilə dairəsi daxil olmaqla eyni zamanda, Nobel prospekti boyunca yaşayan müştərilərin də rahatlıqla gələ biləcəyi bir mərkəz olacaq.